azturkxeber.az
http://azturkxeber.az

NATO-nun Baş katibi üzv ölkələrdən müdafiə xərcləri barədə razılığa gəlməyi gözləyir

27-05-2025

NATO-nun Baş katibi üzv ölkələrdən müdafiə xərcləri barədə razılığa gəlməyi gözləyir

NATO-nun Baş katibi Mark Rutte Alyansa üzv ölkələrin ümumi daxili məhsulun (ÜDM) 5 faizinin müdafiə xərclərinə ayrılması barədə razılığa gələcəyini gözləyir.

Bu barədə M.Rutte NATO Parlament Assambleyasının ABŞ-da keçirilən yaz sessiyasında bildirib.

“Hesab edirəm ki, biz Haaqada ümumilikdə 5 faizlik yüksək müdafiə xərcləri hədəfi barədə razılığa gələcəyik”, - deyə Baş katib qeyd edib.

Bu ayın əvvəlində M.Rutte ÜDM-in 3,5 faizinin müdafiəyə, əlavə olaraq 1,5 faizinin isə infrastruktur layihələrinə ayrılmasını təklif etmişdi. NATO-ya üzv ölkələr bu yeni hədəflər barədə iyunun 24–25-də Haaqada keçiriləcək zirvə toplantısında razılığa gəlməyə çalışacaq.

Almaniya müdafiə xərclərinin ÜDM-in 5 faizinədək artırılması hədəfini dəstəklədiyini artıq bəyan edib. Müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, Almaniya müdafiə xərclərinin ÜDM-dəki payını hər il 0,2 faiz artırmaqla 5-7 il ərzində hazırkı 2,1 faizdən 3,5 faizə çatdıra bilər. Bu temp davam edərsə, 2032-ci ilədək 3,5 faizlik göstəriciyə nail olmaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031