azturkxeber.az
http://azturkxeber.az

Bağdadda metro tikintisinə başlanılacaq

27-05-2025

Bağdadda metro tikintisinə başlanılacaq

Cari ilin sonunda İraqın paytaxtı Bağdad şəhərində metro şəbəkəsinin tikintisinə başlanacaq.

Bunu Baş nazirin investisiya layihələri üzrə müşaviri Məhəmməd əl-Nəccar deyib. Yerüstü və yeraltı olmaqla 3 xətdən ibarət olacaq metro layihəsi çərçivəsində artıq 250 ha torpaq sahəsinin ayrıldığı bildirilir.

Layihə üzrə birinci mərhələnin həyata keçirilməsinə cari ilin sonunda başlanacığını bildirən iraqlı müşavir ilkin olaraq bir xəttin tikiləcəyini, daha sonra qalan xətlərin inşa ediləcəyini diqqətə çatdırıb.

Qeyd olunur ki, bir neçə il bundan qabaq planlaşdırılan layihənin yenilənmiş dizaynları beynəlxalq məsləhətçi ilə əməkdaşlıq şəraitində hazırlanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031