Azərbaycan şaftalı ixracı üzrə dünyada 9-cu yerdə qərarlaşıb
Beynəlxalq Ticarət Mərkəzinin məlumatlarına görə, 2024-cü ildə Azərbaycan şaftalı ixracı üzrə dünyada 9-cu yerdə qərarlaşıb.
Azturkxeber.az xəbər verir ki, hesabat ilində ölkəmiz xaricə 68,6 mln. ABŞ dolları dəyərində təzə şaftalı tədarük edib, bu da 2023-cü illə müqayisədə 33% çoxdur. Dünyada lider şaftalı ixracatçılarının ilk üç pilləsində isə İspaniya, Türkiyə və Çili yer alıb.