azturkxeber.az
http://azturkxeber.az

22 may 2025-ci il tarixində Sabunçu Gənclər Evində şəhid Zeynalov Əzzəman Mehman oğlunun anım günü münasibətilə tədbir keçirildi.

27-05-2025

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ardınca Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri "Dəmir Yumruq Alfa A" cəmiyyəti həyata keçirdi. Tədbirin aparıcıları — gənc şair Elmar Sahib və qiraətçi Kəmalə Elmar qızı tədbiri açıq elan edərək ilk öncə çıxış üçün sözü "Dəmir Yumruq Alfa A" cəmiyyətinin sədri Ülviyyə Əsədovaya verdilər. Ülviyyə xanım çıxışında şəhid analarını və atalarını salamladı, 44 günlük Vətən müharibəsindəki Zəfər tariximizdən və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin "Dəmir Yumruq" ifadəsinin mənasından bəhs etdi.

Daha sonra söz şəhidin atası Mehman Zeynalova və anası Könül Zeynalovaya verildi. Valideynlər üçün danışmaq nə qədər ağır olsa da, övladları haqqında qürurla və fəxrlə danışdılar.

Tədbirdə ictimai birliklərin rəhbərləri, jurnalistlər, media nümayəndələri, yazarlar, şairlər və ziyalı qonaqlar iştirak edirdi. Həmçinin ölkənin müxtəlif bölgələrindən gəlmiş şəhid ailələri də tədbirdə yer almışdı.

Tədbirin bədii hissəsində vətənpərvər müğənnilər sevilən ifalarını və şəhid Əzzəmanın xatirəsinə həsr olunmuş mahnıları səsləndirdilər. Müğənnilərlə yanaşı, ilahiyyatçı Hacı Rahim də iştirak etdi. O, çıxışında mənəvi dəyərlərdən söz açdı və şəhid analarına təsəlli verən duyğulu nitqi ilə tədbir iştirakçılarına dərin təsir bağışladı.

Tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Sabunçu Gənclər Evində çalışanlara təşəkkür edirik. Başda direktor Kamil müəllim və İbrahim bəy olmaqla, bütün təşkilatçılara minnətdarlığımızı bildiririk.

Allah şəhidlərimizin məqamını uca etsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031