azturkxeber.az
http://azturkxeber.az

Nəsimi Rayon Prokurorluğunda “Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirilib

26-05-2025

Mayın 23-də Nəsimi rayon rokurorluğunda “Hüquq və Suverenlik: Prokurorluğun Yeni Çağırışları” mövzusunda seminar keçirilib.

Azturkxeber.az -ın məlumatına görə, tədbirdə Qarabağ Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr və media nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözü ilə açan Nəsimi rayon prokuroru Həsən Hənifəyev Azərbaycan Respublikasının müasir hüquqi sisteminin formalaşmasında, xüsusilə dövlət suverenliyinin qorunması və Konstitusiyanın qəbul olunması prosesində ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu qeyd edib. O, bu istiqamətdə gənclərin hüquqi düşüncəsinin və vətənpərvərlik ruhunun gücləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli, Nəsimi rayon prokurorunun müavini Fərid Dadaşov və Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov hüquqi maarifləndirmənin, prokurorluq orqanlarının müasir dövrdə qarşılaşdığı çağırışların və cəmiyyətlə əlaqələrin əhəmiyyətindən danışıblar.

Çıxışlarda həmçinin vurğulanıb ki, 1995-ci ildə qəbul olunan Konstitusiya hüquqi dövlətin əsasını qoymaqla bərabər, xalqın suveren iradəsini əks etdirib və bu proses birbaşa Heydər Əliyevin liderliyi ilə həyata keçirilib.

Seminarın sonunda iştirakçılara ümummilli lider Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərini əks etdirən sənədli film nümayiş etdirilib.

Tədbir interaktiv formada davam edib, tələbələr çıxışçılara hüquqi sahədə maraqlandıran suallar ünvanlayaraq cavablar əldə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031