azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Urumçi şəhərinin Meri cənab Yaqub Paydullanın rəsmi dəvəti ilə Urumçi şəhərinə səfər edib

26-05-2025

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin Urumçi şəhərinə rəsmi səfəri çərçivəsində Urumçi şəhərinin Meri cənab Yaqub Paydulla ilə görüşü keçirilib.

Azturkxeber.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 aprel 2025-ci il tarixində Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair imzalanmış Niyyət Məktubu"na uyğun olaraq ikitərəfli münasibətlərin qurulması müzakirə edilib. Müzakirələr çərçivəsində Naxçıvan şəhəri ilə Urumçi şəhəri arasında iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanları təklif edilib. Həmçinin əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin müzakirəsi üçün Urumçi şəhərinin rəhbərliyi Naxçıvan şəhərinə rəsmi səfərə dəvət edilib.
Qeyd edək ki, rəsmi səfərdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini İmran Məmmədov da iştirak edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031