azturkxeber.az
http://azturkxeber.az

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Urumçi şəhərinə rəsmi səfəri çərçivəsində Yüksək və Yeni Texnologiyalar Mərkəzi ilə tanış olub

26-05-2025

Rəsmi səfər zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevə mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, mərkəzdə innovativ layihələrin dəstəklənməsi məqsədilə hüquqi və maliyyə xidmətləri, həmçinin müxtəlif məhsulların istehsalı və sınağı üçün ixtisaslaşmış laboratoriyalar yaradılıb.

Mərkəzdə eyni zamanda şəhər əhalisinə vahid platforma üzərindən dövlət xidmətləri təqdim olunur. Burada innovasiya sahəsində təlimlərin keçirilməsi və startapların inkişafı üçün geniş imkanlar mövcuddur.

Qeyd edək ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini İmran Məmmədov Naxçıvan şəhəri ilə qardaşlaşmış Urumçi şəhərində rəsmi səfərdədilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031