Lənkəranda 10 kiloqram narkotik vasitə aşkarlanıb
Lənkəran polisi ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni ayrı-ayrı ünvanlara çatdırılaraq satışını təşkil edən, əvvəllər məhkum olunmuş 57 yaşlı Elçin Hüseynovu saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ondan 10 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.