azturkxeber.az
http://azturkxeber.az

DSX Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilmişdir

26-05-2025

Dövlət Sərhəd Xidməti Akademiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi konfrans keçirilmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Akademiyanın rəhbər heyəti, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, professor-müəllim heyəti və kursantlar iştirak etmişlər.

Çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının tarixi əhəmiyyəti, hüquqi dövlət quruculuğunda, eləcə də insan hüquq və azadlıqlarının qorunmasında rolu, dövlət suverenliyinin möhkəmləndirilməsində görülən işlər barədə geniş məlumat vermişlər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Konstitusiya haqqında çıxışlarının yer aldığı videoçarx nümayiş olunmuşdur.

Sonda şəxsi heyətin sualları cavablandırılmış, interaktiv müzakirələr aparılmış və bu cür maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031