azturkxeber.az
http://azturkxeber.az

Avarçəkənlərimizin “Samsun Draqon Festivalı”nda bir qızıl, bir gümüş medal qazanıb

26-05-2025

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının idmançıları ilk dəfə olaraq “Draqon” qayıqlarında beynəlxalq turnirdə iştirak ediblər.

Azturkxeber.az xəbər verir ki, mayın 23-25-də Türkiyənin Samsun şəhərində təşkil olunan “Samsun Draqon Festivalı”nda 11 oğlan idmançımız mübarizə aparıb. Komandamız yarışları bir qızıl, bir gümüş medalla başa vurub. İlk gündə 200 metr məsafədə keçirilən yarışlarda Azərbaycan komandası bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ilk pilləsinə qalxıb. Son yarış günündə də avarçəkənlərimizin çıxışı uğurlu alınıb. İdmançılarımız bu dəfə 1000 metr məsafə üzrə mübarizədə gümüş medala layiq görülüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031