azturkxeber.az
http://azturkxeber.az

“Ştutqart” futbol üzrə Almaniya kubokunun qalibi olub

25-05-2025

“Ştutqart” futbol üzrə Almaniya kubokunun qalibi olub

“Ştutqart” komandası futbol üzrə Almaniya kubokunun qalibi olub.

Komanda turnirin finalında “Arminia Bilefeld” ilə qarşılaşıb. Berlindəki “Olimpiya” stadionunda keçirilən qarşılaşmada “Ştutqart” futbol üzrə Almaniyanın üçüncü liqasının qalibi olan “Arminia Bilefeld” üzərində 4:2 hesabı ilə qələbə qazanıb.

“Ştutqart” bu qələbə sayəsində 2007-ci ildəki çempionluqdan sonra ilk tituluna sahib olub. Bundesliqanın sonuncu mövsümünü 50 xalla 9-cu pillədə qərarlaşdıran komanda bununla da UEFA Avropa Liqasında mübarizə aparmaq hüququ əldə edib.

Komanda Almaniya superkuboku uğrunda qarşılaşmada Bundesliqanın builki mövsümünün qalibi “Bavariya” ilə qarşılaşacaq. Bu yarış əfsanəvi futbolçu, bu ilin yanvarında vəfat etmiş Frants Bekkenbauerin şərəfinə Bekkenbauer Superkuboku adlandırılıb. Avqustun 16-da baş tutacaq görüşün keçiriləcəyi stadion hələ müəyyənləşməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031