azturkxeber.az
http://azturkxeber.az

Monteneqro 2026-cı ildə il Aİ-Qərbi Balkan sammitinə ev sahibliyi edəcək

25-05-2025

Monteneqro 2026-cı ildə il Aİ-Qərbi Balkan sammitinə ev sahibliyi edəcək

Növbəti Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti 2026-cı ildə Monteneqroda keçiriləcək.

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta sosial media hesabındakı paylaşımda bildirib.

“İki həftə əvvəl Qərbi Balkan regionuna səfərimin bir hissəsi olaraq Monteneqroda məhsuldar görüşlərim oldu. Mən ölkənin Aİ-yə üzv olması istiqamətində irəliləyişinə heyran qaldım. Ölkə üçün simvolik bir ildə, müstəqilliyinin 20-ci ildönümündə - 2026-cı ilin payızında Monteneqroda növbəti Aİ-Qərbi Balkan sammitinə ev sahibliyi etməyə razılıq verdiyinə görə Monteneqro Prezidenti Yakov Milatoviçə təşəkkür edirəm”, - deyə Antonio Koşta qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031