azturkxeber.az
http://azturkxeber.az

AVROPA ÇEMPİONATINDA GÜMÜŞ MEDAL!

25-05-2025

Macarıstanın Sigetsenmikloş şəhərində keçirilən Sumo üzrə Avropa çempionatı davam edir. Qitə birinciliyinə Yapon Döyüş növləri və Mədəniyyəti Assosiasiyasının rəhbərliyi altında 4 sumoçu yollanıb.

Azturkxeber.az xəbər verir ki, turnirdə U23 kateqoriyasında ölkəmizi təmsil edən Rəsul Məmmədzadə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Ötən il Yunanıstanın Lutraki şəhərində keçirilən Avropa çempionatında böyüklər arasında bürünc mükafat əldə edən təcrübəli idmançımız nəticəsini yaxşılaşdıraraq, bu dəfə gümüş medala yiyələnib.

Qeyd edək ki, sabah daha 4 çəki dərəcəsində təmsilçilərimiz yarışa qoşulacaq.

U21, U23 və böyüklər kateqoriyaları üzrə təşkil edilən qitə birinciliyində 17 ölkədən 300-dən çox idmançı qüvvəsini sınayır. Avropa çempionatına 25 may tarixində yekun vurulacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031