"Yaşıl Dünya Naminə Eko Yaradıcılıq" layihəsi
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqə çərçivəsində həyata keçirilən "Yaşıl Dünya Naminə Eko Yaradıcılıq" layihəsi başa çatıb. Layihənin ilk mərhələsində Gədəbəy rayonunda yerləşən ümumtəhsil müəssisələrində təhsil alan 200 nəfərə yaxın şagirdi əhatə edən təlimlər həyata keçirilib. Təlimlər əsasən ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi, yeni emal texnologiyaları kimi mövzulara həsr olunub.
Layihənin ikinci mərhələsində 200-ə yaxın ağac, dekorativ bitkilər əkilib. Növbəti mərhələdə yaşıl dünyaya həsr olunmuş layihə təklifi və rəsm müsabiqəsi keçirilmişdir.