azturkxeber.az
http://azturkxeber.az

Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır

24-05-2025

Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır

Almaniyanın Hamburq şəhərinin mərkəzi dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində indiyə olan məlumata görə 17 nəfər xəsarət alıb.

Hücumu törədən şəxs – 39 yaşlı qadın saxlanılıb. Almaniya vətəndaşı olan qadın perronda qarşısına çıxan şəxslərə xəsarətlər yetirib. Xəsarət alanların dəqiq sayı araşdırılır. Dörd nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı dərhal genişmiqyaslı istintaq və xilasetmə tədbirləri həyata keçirilib. Hücumu törətməkdə şübhəli bilinən şəxs saxlanılarkən polisə müqavimət göstərməyib. Hadisənin səbəbləri araşdırılır. Polis ilkin olaraq hücumun siyasi motivli cinayət ehtimalını istisna edərək, aktın təkbaşına törədilən hücum olduğunu ehtimal edir.

Almaniyanın Kansleri Fridrix Merts hadisədən dərhal sonra X platformasındakı səhifəsində paylaşım edərək dərin kədərini ifadə edib. Kansler Hamburqun meri ilə telefon əlaqəsi saxlayıb, vəziyyət və xəsarət alanların səhhəti ilə maraqlanıb.

Hamburq mərkəzi dəmir yolu vağzalı Almaniyanın ən çox istifadə olunan nəqliyyat qovşaqlarından biridir. 2023-cü il oktyabrın 1-dən vağzal ətrafında silah daşımaq qadağası qüvvədədir. 2024-cü ilin dekabrında şəhər Senatının qərarı ilə ictimai nəqliyyatda da bıçaq gəzdirmək qadağası tətbiq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031