azturkxeber.az
http://azturkxeber.az

Elvin Əlizadə: Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq

24-05-2025

Elvin Əlizadə: Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq

Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq.

Bu sözləri Azərbaycan minifutbol millisinin üzvü Elvin Əlizadə Bakıda təşkil olunan dünya çempionatının A qrupunda Sloveniyaya 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Sloveniya ilə oyuna komanda yüksək motivasiya ilə çıxıb: "Düşünürəm ki, bu gün dəstək sayəsində üç xal qazandıq. Hər şeyi yaxşı şəkildə etdik".

O, qrupun sonuncu oyununda üz-üzə gələcəkləri Mavritaniya millisi barədə də danışıb: "Onlar sürətli və cəld komandadır, lakin taktiki olaraq hazır deyillər. Turnirdə medalçılar sırasında olacağımıza inanırıq".

Komanda növbəti oyununu mayın 25-də Mavritaniya seçməsinə qarşı keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031