azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlıq Astana forumunun diqqət mərkəzindədir

24-05-2025

Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlıq Astana forumunun diqqət mərkəzindədir

Astanada “Müasir dünyada qanun, hüquq, ədalət” mövzusunda Beynəlxalq Hüquqşünaslar Konqresi keçirilib. Tədbir Qazaxıstan Respublikasının Baş Prokurorluğu yanında Hüquq Mühafizə Orqanları Akademiyası tərəfindən təşkil olunub.

Akademiyanın rektoru Marat Seksembayev bildirib ki, tədbirin əsas məqsədi türk ölkələri arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, eləcə də hüquq sistemlərinin, hüquq-mühafizə və məhkəmə orqanları üçün kadr hazırlığı sisteminin təkmilləşdirilməsinə dair birgə təklif və tövsiyələrin hazırlanmasıdır.

“Ümumilikdə, belə forumlar bizə mövcud problemləri, çağırışları və təhdidləri, habelə onların qarşısının alınması və həlli yollarını müəyyən etməyə imkan verir”, - deyə o vurğulayıb.

“Biz hüquq-mühafizə məsələləri ilə bağlı birgə elmi tədqiqatların aparılmasında fəal iştirak edir, təcrübəçilərin, magistrantların və doktorantların mübadiləsini həyata keçiririk. Artıq kifayət qədər geniş qarşılıqlı əlaqələr spektri formalaşdırılıb və əminəm ki, o bundan sonra da genişlənəcək”, - deyə M.Seksembayev əlavə edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan, Qırğızıstan, Türkiyə, Özbəkistandan hüquq və elmi ictimaiyyətin nümayəndələri, o cümlədən Qazaxıstandan hüquq sahəsində aparıcı alim və təcrübəçilər çıxış ediblər.

Forum Qazaxıstanın Türk Məhkəmə-Hüquq Şəbəkəsində sədrliyi və Akademiyanın 10 illik yubileyinə həsr olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031