azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Diplomatik Akademiyası Universitetinin 13-cü Beynəlxalq Festivalında 50-yə yaxın ölkə toplaşıb

24-05-2025

ADA Universitetinin kampusunda 13-cü Beynəlxalq Festival keçirilib. Hazırda universitetin ənənəvi tədbirlərindən birinə çevrilən bu festival mədəni müxtəlifliyi və beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

Azərbaycan Diplomatik Akademiyası Universitetinin 13-cü Beynəlxalq Festivalında 50-yə yaxın ölkə toplaşıb
ADA Universitetinin kampusunda 13-cü Beynəlxalq Festival keçirilib. Hazırda universitetin ənənəvi tədbirlərindən birinə çevrilən bu festival mədəni müxtəlifliyi və beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

Tədbir ADA Universitetinin və onun fondunun dəstəyi ilə keçirilib.

Festivalda 50-yə yaxın ölkə iştirak edib. Yaponiya, Malayziya, Çin, Türkiyə və bəzi Avropa İttifaqına üzv dövlətlər də daxil olmaqla bir çox ölkə qurduqları stendlərdə öz kulinariya mədəniyyətlərini, musiqilərini, rəqslərini və ənənəvi geyimlərini təqdim etdilər.

Bayram əhval-ruhiyyəsində keçən tədbirdə müxtəlif ölkələrin səfirləri, diplomatik missiyaların nümayəndələri, beynəlxalq təşkilatların üzvləri, ADA Universitetinin yerli və xarici tələbələri iştirak ediblər. Festival çərçivəsində konsert proqramları, interaktiv təqdimatlar və mədəniyyətlərarası dialoqu təbliğ edən müsabiqələr təşkil olunub.

Festivalda iştirak edən slovakiyalı ADA tələbəsi Rita Çapoyava “Kıbrıs Türk Xəbərləri”nin Azərbaycan nümayəndəsi Serdar Şengülə verdiyi açıqlamasında belə tədbirlərin tələbələr arasında qlobal düşüncə tərzinin inkişafına mühüm töhfə verdiyini bildirib. Universitetin yerli tələbələrindən Aygün Kəngərli “Çili, Braziliya kimi uzaq ölkələrə getməsək də, bu festival sayəsində o insanların mədəniyyətini hiss etmək, öyrənmək imkanımız var” dedi.

200-dən çox iştirakçının qatıldığı festival bir daha nümayiş etdirdi ki, ADA Universitetində mədəni müxtəliflik təkcə dəyər deyil, həm də gündəlik həyatın bir hissəsidir.

kibristurk.com Serdar Şengül






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031