Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın iştirakı ilə Beynəlxalq Ailə Forumunun ikinci günü panel müzakirələrlə davam edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın iştirakı ilə İstanbulda keçirilən Beynəlxalq Ailə Forumunun ikinci günü panel müzakirələrlə davam edib.
Azturkxeber.az xəbər verir ki, “Ailə ili” çərçivəsində ailəni mərkəzə alan siyasətləri qlobal səviyyədə müzakirəyə çıxaran Forumda, 27 ölkədən nazirlər,Komitə sədrləri həmçinin yüksək səviyyəli siyasətçilər, ekspertlər bir araya gələrək ortaq dəyərləri, üzləşdikləri təhdidləri və həll yollarını müzakirə ediblər.
Forumun bağlanış mərasimində Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. O, 2026–2035-ci illəri əhatə edən dövrü “Ailə və Əhali Onilliyi” olaraq elan edib.
Tədbir ailə fotosunun çəkilməsi ilə başa çatıb.