azturkxeber.az
http://azturkxeber.az

ABŞ qoşunlarını Cənubi Koreyadan çıxarır?

24-05-2025

ABŞ qoşunlarını Cənubi Koreyadan çıxarır?

Cənubi Koreyanın Müdafiə Nazirliyi ölkədəki ABŞ qoşunlarının bir hissəsinin çıxarılması barədə müzakirələr aparılmadığını açıqlayıb.

Nazirliyin məsələyə dair bəyanatı “The Wall Street Journal” qəzetinin Donald Tramp administrasiyasının ABŞ-ın Cənubi Koreyadakı 28 min 500 nəfərlik hərbi kontingentinin (USFK) 15 faizini (4500 nəfər) Hind-Sakit okean regionundakı digər məntəqələrə, o cümlədən QUAM adasına köçürməyi planlaşdırdığını iddia edən məqaləsindən sonra təsadüf edir. "USFK Cənubi Koreya-ABŞ ittifaqının əsas gücü olaraq, Şimali Koreyanın işğal və təxribatının qarşısını almaqla Koreya yarımadasında və regionda sülh və sabitliyə töhfə verib", - deyə nazirliyin açıqlamasında qeyd olunur.

Paralel olaraq, USFK də bu iddianı rədd edən açıqlama yayıb. ABŞ hərbi kontingentinin bir hissəsinin Cənubi Koreyadan çıxarılması barədə xəbərin doğru olmadığı vurğulanan açıqlamada deyilir ki, ABŞ Cənubi Koreyanın müdafiəsinə qətiyyətlə sadiqdir. Biz dəmir ittifaqımızı qorumaq və gücləndirmək üçün Cənubi Koreyanın yeni hökumət rəsmiləri ilə işləməyi səbirsizliklə gözləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031