azturkxeber.az
http://azturkxeber.az

Moskva Kiyevdən əsir mübadiləsi üçün siyahını aldığını təsdiqləyib

23-05-2025

Moskva Kiyevdən əsir mübadiləsi üçün siyahını aldığını təsdiqləyib


Rusiya “1000-in 1000-ə” formatlı əsir mübadiləsi üçün Ukraynadan siyahı aldığını təsdiqləyib.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Bundan əvvəl Peskov bəyan etmişdir ki, Moskva mübadilənin tezliklə baş verməsində maraqlıdır, lakin bu proses ciddi hazırlıq tələb edir. Onun sözlərinə görə, İstanbulda Rusiya ilə Ukrayna nümayəndə heyətləri arasında əldə olunan razılaşmalara əsasən əsir mübadiləsi yaxın günlərdə baş tutmalıdır.

Türkiyədə keçirilmiş danışıqların növbəti raundunun əsas mövzularından biri əsir mübadiləsi olub. Tərəflər həmçinin sülh və birbaşa dialoqun bərpa olunması məsələlərini də müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031