azturkxeber.az
http://azturkxeber.az

“Kiçik akademiya”ların fəaliyyəti genişləndirilir

23-05-2025

“Kiçik akademiya”ların fəaliyyəti genişləndirilir

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Kiçik akademiya”ların fəaliyyətinin genişləndirilməsi ilə bağlı tədbirlərə start verilib. Bu məqsədlə “Kiçik akademiya”lar daxilində həyata keçirilən işlərlə bağlı konfrans, seminar, dəyirmi masa və sərgilər keçiriləcək.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. “Kiçik akademiya” daxilində “Uşaq və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq və azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi” mövzusunda tədbirlərin, “Kiçik akademiyaların böyük dahiləri” adlı robototexnika, proqramlaşdırma və texnologiya sahələrinə dair müxtəlif müsabiqələrin, şagirdlərdə liderlik, tənqidi düşüncə, problem həlletmə, kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün təlim və simulyasiya proqramlarının təşkili nəzərdə tutulur.

Həmçinin “Gələcəyin startapçısı” adlı ideya müsabiqəsinin, “EkoDostlar” layihəsinin, “Gənc tədqiqatçılar forumu”nun, “Uşaq teatrı” proqramının, “Açıq elmi gün” - valideynlər və icma üçün təqdimat sessiyalarının, “Kiçik akademiyaların böyük dahiləri” adlı II ümumşəhər konfransının keçirilməsi planlaşdırılır.

Bundan əlavə, “Akademik mentorluq proqramı”nın, kibertəhlükəsizliklə bağlı praktiki sessiyaların təşkili, “Elm aylığı” adlı aylıq qəzetin hazırlanması da nəzərdə tutulur.

Qeyd edək ki, “Kiçik akademiya”ların təşkil olunmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına kömək göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031