azturkxeber.az
http://azturkxeber.az

BMİS-də dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modul istifadəyə verilib

23-05-2025

Mayın 23-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcə Məlumatlarının İdarəetmə Sistemində (BMİS) dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modulun təqdimatı keçirilib.

Azturkxeber.az xəbər verir ki, yeni modulun əsas məqsədi kredit sazişləri çərçivəsində kredit vəsaitlərindən istifadə üzrə layihə idarəetmə qrupları, icraçı qurumlar və əsas borcalanlar tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinə təqdim olunan hesabatları elektronlaşdırmaq, prosesin səmərəliliyini artırmaq və məlumat dövriyyəsini avtomatlaşdırmaqdır. Həmçinin adıçəkilən modulun tətbiqi ilə hesabatların toplanması və emal proseslərinin operativliyi artırılacaq, vaxt itkisinin qarşısı alınacaq, məlumatların təhlükəsizliyi və etibarlılığı təmin ediləcəkdir.
13 dövlət qurumunun nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, BMİS-də dövlət borcu üzrə hesabatlıq funksionallığını təmin edən elektron modulun istifadəyə verilməsi Maliyyə Nazirliyi tərəfindən rəqəmsal idarəetmənin gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi istiqamətində aparılan ardıcıl, məqsədyönlü və institusional islahatların tərkib hissəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031