“Azəryol”un rusiyalı baş məşqçisi: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
Mövsümü “qızıl dubl”la bitirmək istəyirik. Bunun üçün çox yaxşı şansımız var.
Bu sözləri açıqlamasında Azərbaycan Kubokunun finalında “Kür” komandası ilə qarşılaşacaq “Azəryol” klubunun baş məşqçisi Aleksandr Revva deyib.
Rusiyalı mütəxəssis rəqibin güclü kollektiv olduğunu bildirib: “Düşünürəm ki, matç barədə indidən proqnoz vermək çətindir. “Kür”ün heyətində yaxşı legioner oyunçular var. Amma biz də zəif deyilik. Taktiki və fiziki olaraq hazırıq. Əlimizdən gələnin ən yaxşısını etmək niyyətindəyik. Mövsümü iki titulla başa vurmaq möhtəşəm olar”.
Qeyd edək ki, final oyunu mayın 24-də keçiriləcək.