azturkxeber.az
http://azturkxeber.az

“Azərkosmos” və “Profen” yerüstü stansiya xidmətləri sahəsində əməkdaşlıq edəcək

23-05-2025

“Azərkosmos” və “Profen” yerüstü stansiya xidmətləri sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) ilə Türkiyənin “Profen” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, “Profen” ilə əməkdaşlıq çərçivəsində “Azərkosmos” Afrika qitəsindəki dövlət xidmətləri sahəsində fəaliyyətini genişləndirəcək. Həmçinin “Azərkosmos” və “Profen” arasında yerüstü stansiya xidmətləri sahəsində də strateji əməkdaşlıq həyata keçiriləcək.

Qeyd edək ki, “Profen Satellite Services” peyk texnologiyası və internet/məlumat telekommunikasiyasına əsaslanan radio və yayım xidmətləri göstərir. Şirkət Türkiyə, Yaxın Şərq və Afrika bazarlarında sistem inteqrasiyası və infrastruktur xidmətləri təklif edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031