azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında əhəmiyyətli görüş

23-05-2025

22 may 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Əhməd Cavad İnstitutu arasında görüş keçirilib.

Azərbaycan tərəfdən görüşdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev, İdarə Heyətinin üzvü Cavid Vəliyev, baş məsləhətçi Mətin Mehmedli və ekspert Fuad Abdullayev iştirak ediblər.

Əhməd Cavad İnstitutun prezidenti Prof. Dr. Ruhi Ersoy və İnstitutun İdarə Heyətinin üzvləri; Prof. Dr. Hanifi Macit, Prof. Dr. Turan Şahin, Dos. Dr. Esma Özdaşlı və Özgür Bayraktar ilə görüşə qatılıb.

Toplantıda Türk Dünyasında və beynəlxalq aləmdə baş verən son hadisələr müzakirə edilib, Türk Dövlətləri Təşkilatının Budapeşt Toplantısı vasitəsilə TDT ilə Türk Dünyasının daha sıx inteqrasiyası üçün atılacaq addımlar müzakirə edilib.

Bundan əlavə, İnstitutun və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin gələcəkdə ola biləcəyi mümkün tərəfdaşlar barədə fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031