azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan - Türkiyə hərbi əməkdaşlığı genişləndirilir

23-05-2025

Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə səfərdə olan Türkiyə Quru Qoşunlarının 1-ci Ordu komandiri ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, görüşdə Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyətinə və gələcəkdə daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkənin hərbi qulluqçularının bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə təlimlərin əhəmiyyətini xüsusi vurğulayıb və maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.

Türkiyə nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində, həmçinin Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət edib.

Mərkəzdə təşkil edilən görüşdə brifinqlər təqdim olunub və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə geniş müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031