azturkxeber.az
http://azturkxeber.az

AHİTA və Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş görüş keçirilib

23-05-2025

Mayın 23-də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİTA ilə Azərbaycan Velosiped İdmanı Federasiyası arasında əməkdaşlıq məsələlərinə həsr olunmuş görüş keçirilib.

Azturkxeber.az xəbər verir ki, görüş zamanı velosiped idmanının həmkarlar ittifaqları strukturları daxilində inkişafı, gənclərin idmana cəlb olunması, birgə tədbirlərin təşkili, maarifləndirmə layihələrinin həyata keçirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə müzakirə olunan məsələlərə toxunan AHİTA İB-nin direktoru Tural Qasımov bildirib:

“Velosiped yalnız idman növü deyil, həm də sağlam və ekoloji həyat tərzinin təbliğində mühüm vasitədir. Biz AHİTA olaraq, federasiya ilə birgə layihələrin reallaşdırılmasını olduqca vacib hesab edirik.”

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Fikrət Hüseynov isə görüşün əhəmiyyətini vurğulayaraq deyib:

“Biz federasiya olaraq ictimai təşkilatlarla əməkdaşlığa daim açığıq. AHİTA ilə bu istiqamətdə aparılan danışıqlar gələcəkdə velosiped idmanının daha geniş təbliğinə imkan verəcək.”

Tədbir zamanı iki qurum arasında ortaq fəaliyyət planının hazırlanması barədə ilkin razılıq əldə olunub və qarşılıqlı maraqlar əsasında birgə layihələrin həyata keçirilməsi, əməkdaşlığın davamlı xarakter alması üçün atılacaq növbəti addımlar müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031