Səudiyyə Ərəbistanının Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri İdarəsi süni intellektlə dəstəklənən “fətva robotunun” xidmətə girdiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-nın xəbərinə görə, Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri Rəyasət Heyətindən verilən açıqlamada, süni intellektlə dəstəklənən “Menaratul-Harameyn Robot”un ikinci versiyasının Məscidül-Ha zəvvarlarının dini suallarını cavablandırmaq üçün istifadəyə verildiyi bildirilib.
Bu addım ağıllı rəqəmsal transformasiyalarla ayaqlaşmaq və zəvvarların Kəbəyə dini ziyarətlərini zənginləşdirmək üçün müasir texnologiyalar və süni intellektin inkişaf etdirilməsi məqsədi daşıyır. Robot xüsusi olaraq Məscidül-Haram və əl-Məscid ən-Nəbəvi İşləri Rəhbərliyi üçün dini suallara və istəklərə cavab vermək üçün ağıllı, süni intellektə əsaslanan resurs kimi xidmət etmək üçün hazırlanmışdır. Bu qabaqcıl texnologiyalar daxili və xaricə hərəkətləri aşkar edən qabaqcıl ağıllı kameralar vasitəsilə işləyir və zəvvarların axınını dərhal izləməyə və tıxac nöqtələrini daha dəqiq müəyyən etməyə imkan verir.
Robot inteqrasiya olunmuş verilənlər bazasından cavablar verməklə yanaşı, əvvəlcədən qeydə alınmış suallar olmadığı təqdirdə müftilərlə videozəng vasitəsilə birbaşa əlaqə saxlamaq imkanı da verir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Azərbaycan Milli Elmlər Akademiyasında süni intellekt məsələlərinə böyük diqqət ayrılır
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Akademik: Süni intellekt fundamental tədqiqatları daha çevik həyata keçirməyə imkan verəcək
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir