Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Paylayıcı şəbəkələrin gənc mütəxəssislərinin peşə ustalığı” yarışı start götürüb.
Açılış mərasimində öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin həyatı, dərin irsi və Azərbaycanın energetika sektoruna göstərdiyi diqqət və qayğısı haqqında videoçarx nümayiş olunub.
Yarışda Bakı şəhərini təmsil edən “Qız Qalası”, “Şirvanşahlar” və “Odlar Yurdu”, habelə ölkəmizin müxtəlif regionlarından gələn “Naxçıvan”, “Aran”, “Şimal-Qərb”, “Qərb”, “Mərkəzi-Aran”, “Şirvan”, “Xaçmaz”, “Sumqayıt”, “Qarabağ”, “Cənub” komandaları iştirak edirlər.
İştirakçı komandalara ünvanlanan suallardan 10-u elektroenergetika ilə bağlı açıq tipli suallardır. Digər qapalı tipli (cavabı variantlar arasında təqdim edilən) sualların 25-i isə “Azərişıq” ASC-nin tətbiq etdiyi innovativ texnologiyalarla əlaqədardır.
Yarışmanın davamı mayın 23-də Hadrutda keçiriləcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
DOĞUM GÜNÜN MÜBARƏK, CƏNAB PREZİDENT!
Prezident İlham Əliyev Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib