azturkxeber.az
http://azturkxeber.az

Latviyanın paytaxtı Riqada cüdo üzrə veteranlar arasında Avropa çempionatı start götürüb

22-05-2025

Latviyanın paytaxtı Riqada cüdo üzrə veteranlar arasında Avropa çempionatı start götürüb. İlk yarış günündə milli komandamız aktivinə bir qızıl medal yazdırıb.

Azturkxeber.az xəbər verirki, -90 kq çəki dərəcəsində çıxış edən Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək karyerasında 11-ci dəfə Avropa çempionu titulunu qazanıb. M-8 yaş kateqoriyasında tatamiyə çıxan təmsilçimiz finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edib. Fərhad Rəcəbli həmçinin 12 qat dünya çempionudur.

Qeyd edək ki, Azərbaycan yarışda 30 idmançı ilə təmsil olunur. Qitə turnirində 37 ölkədən 855 cüdoçu mübarizə aparır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031