Dağıstanın iqtisadiyyat və ərazi inkişafı naziri Hacı Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətinin mayın 21-də Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, qurumun İdarə Heyəti sədrinin müavini Aqil Əzizov qonaqlara agentliyin idarəçiliyində olan sənaye zonalarının ümumi fəaliyyəti, görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib, dağıstanlı iş adamları sənaya zonalarında yaradılmış əlverişli investisiya imkanlarından yararlanamağa dəvət edilib.
Görüşün davamı olaraq nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkının 10 hektar ərazisində tikintisi aparılan Azərbaycan-Rusiya Birgə Sənaye Zonasının, Sənaye Parkının rezidentləri “Azertexnolayn” MMC-nin polad boru, “Novus Plastica” MMC-nin polimer materialların emalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib