Çinin Fenyan şəhərində 650 illik “Drum Tower” bərpa edildikdən cəmi bir il sonra qismən dağılıb.
Anhoy əyalətinin hökuməti zərərin qiymətləndirilməsi və hadisənin araşdırılması zamanı ərazinin ziyarətçilər üçün bağlı qalacağını açıqlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə mayın 19-da axşam saatlarında baş verib. Qədim “Drum Tower” qülləsinin şərq tərəfindəki damının kirəmitləri uçuqopubb. Damın çökməsi videoya çəkilib və sürətlə Çin sosial mediasında yayılıb. Kadrlarda plitələrin yavaş-yavaş aşağı sürüşməsi, sonra isə qurultu ilə yerə düşməsi, nəticədə havaya toz burumlarının qalxması görünür. Artıq ertəsi gün “Fenyan Gülləsi uçub” həştəqi “Weibo” sosial şəbəkəsində ən çox müzakirə edilən mövzu oldu.
XIX əsrin ortalarında binanın ən qədim hissəsi dağıldı, lakin sonradan bərpa edildi. Qüllə müasir görkəmini 1995-ci ildə aldı. “Global Times” qəzetinin məlumatına görə, 2017-ci ildən bəri dam kirəmitləri vaxtaşırı lay-lay qopurdu. Əsaslı təmir 2023-cü ilin sentyabrında başlayıb və 2024-cü ilin martında tamamlanıb.
Çuçjou Mədəniyyət və Turizm Departamentinin rəsmi “WeChat” hesabına görə, “Drum Tower” Çində sağ qalan ən böyük baraban qülləsi kimi tanınıb.
Çuçjou İctimai Resurslar Ticarət Mərkəzinin saytına görə, təmir layihəsinə dair müqavilə təxminən 473 300 dollar dəyərində qiymətləndirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı