Qazaxıstanın Ali Məhkəmə Şurasında Azərbaycan və Türkiyənin hakim və prokurorların hazırlanması üzrə fəaliyyət göstərən xüsusi təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib.
Görüş iştirakçıları tərəfdaşlıq əlaqələrinin inkişafında, təcrübə mübadiləsində və birgə təhsil layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüş zamanı Qazaxıstan Ali Məhkəmə-Hüquq Şurası yanında Ədliyyə Akademiyası ilə Azərbaycan Baş Prokurorluğunun Elmi-Tədris Mərkəzi arasında ədliyyə və kadr hazırlığı sahəsində əməkdaşlıq Memorandumu imzalanıb.
Ali Məhkəmə-Hüquq Şurası yanında Ədliyyə Akademiyasının prorektoru Kanat Musin Memorandumun hakimlərin hazırlanması, təcrübə keçməsi və birgə tədqiqatların aparılması sahəsində qabaqcıl təcrübə mübadiləsinə şərait yaratdığını vurğulayıb.
Azərbaycan Baş Prokurorluğu Elm və Tədris Mərkəzinin rəisi Talıb Cəfərov əlavə edib ki, imzalanmış sənəd gələcək əməkdaşlıq və qarşılıqlı faydalı təşəbbüslərin həyata keçirilməsi üçün möhkəm zəmin olacaq.
İştirakçılar qanunun aliliyinin təmin edilməsi naminə peşəkar əlaqələrin gücləndirilməsinə və qarşılıqlı fəaliyyətin davam etdirilməsinə ümidvar olduqlarını bildiriblər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik inkişaf yolu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Milli Məclisin iclasında
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib