azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanda dializ xəstələri üçün dərmanlar təhvil verilib

21-05-2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xroniki böyrək çatışmazlığı və hemodializ müalicəsinə ehtiyacı olan vətəndaşların dərman təminatının davamlılığı diqqətdə saxlanılır.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində dializ xəstələrinin müalicəsində istifadə olunan dərman preparatları bu gün təhvil alınaraq müvafiq səhiyyə müəssisələrinə paylanmağa başlanılıb. Dərman preparatları ehtiyac olan bölmələrə yönləndiriləcək və müalicə prosesinin fasiləsiz davam etməsinə şərait yaradılacaq.

Qeyd edək ki, hazırda hemodializ müalicəsi muxtar respublikanın müxtəlif səhiyyə müəssisələrində həyata keçirilir. Bu xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış yeni Hemodializ Mərkəzində zəruri texniki avadanlıqlar – dializ aparatları, su təmizləmə sistemləri və digər müasir tibbi infrastruktur tam şəkildə təmin edilib və yaxın zamanda fəaliyyətə başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031