Mərmərə dənizində zəlzələ olub
Mərmərə dənizinin İstanbul sahillərinə yaxın ərazisində 4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 23:36-da qeydə alınıb.
Yeraltı təkanların ocağı İstanbulun Büyükçekmece rayonu sahillərindən 23.63 kilometr uzaqlıqda, dənizin 8.16 kilometr dərinliyində olub.