Media: Kanada “Qızıl Qübbə” raketdən müdafiə layihəsinə qoşulmaq üçün ABŞ ilə danışıqlar aparır
Kanada hakimiyyəti artıq ABŞ administrasiyası ilə Ottavanın Amerikanın “Qızıl Qübbə” raketdən müdafiə sistemi layihəsinə qoşulması məsələsini müzakirə edir.
Bu barədə CTV telekanalı Kanadanın Baş naziri Mark Karninin ofisindəki mənbəyə istinadla məlumat verib.
Mənbə heç bir təfərrüat verməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Kanadanın layihəyə qoşulmaq istədiyini bildirib. O əlavə edib ki, bunu Kanada rəhbərliyi ilə müzakirə etmək niyyətindədir.