azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq yarışların medalçıları mükafatlandırılıb

21-05-2025

Özbəkistanda və Qazaxıstanda keçirilən beynəlxalq turnirlərdə medal qazanmış idmançılarla Azərbaycan Velosiped İdmanı Federasiyasında görüş keçirilib. Tədbiri giriş sözü ilə açan federasiyanın 1-ci vitse-prezidenti Sahib Ələkbərov beynəlxalq turnirlərdə medal qazanmış idmançıları təbrik edib və bu uğurların davamlı olmasını diləyib.
Yarışlarda yüksək nəticə göstərmiş idmançıların federasiya prezidenti Zaur Axundov tərəfindən mükafatlandırılması ilə bağlı qərar qəbul edildiyini bildirən 1-ci vitse-prezident, Özbəkistanda 1 gümüş və 1 bürünc medal əldə etmiş Artyom Proskuryakova, Özbəkistan və Qazaxıstanda 2 bürünc qazanmış Viktoriya Sidorenkoya və Qazaxıstanda bürünc medala layiq görülmüş Məryəm Hüseynovaya mükafatları təqdim edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031