![]()
“Azərpoçt” MMC kiçik və orta sahibkarlar üçün vacib əhəmiyyət daşıyan “Mobil POS” xidmətini istifadəyə verib.
Azturkxeber.az xəbər verir ki, təqdim olunan “Mobil POS” xidməti POS-terminalın fiziki şəkildə deyil, mobil tətbiq üzərindən istifadəsini təmin edir və bu kimi digər üstünlükləri ilə sahibkarların işini asanlaşdırır.
Xidmətdən istifadə etmək üçün hüquqi şəxslər və fərdi sahibkarlar “Play Market”dən “AzMPos” tətbiqini yükləyə bilərlər.
Daha ətraflı məlumat üçün 169 Çağrı Mərkəzi və ya reqemsal@azerpost.az poçt ünvanına müraciət edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.