azturkxeber.az
http://azturkxeber.az

Səhiyyə Nazirliyində İsveçrənin ölkəmizdəki səfiri ilə görüş keçirilib

19-05-2025

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Şteli ilə görüş keçirilib.

Azturkxeber.az -ın məlumatına görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. İsveçrənin əczaçılıq və tibb avadanlıqlarının istehsalı və satışı üzrə dünyanın aparıcı ölkələrindən biri olduğunu bildirən Teymur Musayev bu sahədə də əlaqələrin inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031