azturkxeber.az
http://azturkxeber.az

Qahirədə Britaniya Beynəlxalq məktəbində Azərbaycan mədəniyyəti tanıdılıb

19-05-2025

Qahirədə Britaniya Beynəlxalq məktəbində 30-dan çox ölkənin təmsilçilərinin iştirakı ilə mədəniyyət tədbiri keçirilib.

Böyük Britaniya, Misir, ABŞ, İtaliya, Braziliya, Niderland, İspaniya, Rusiya, Cənubi Koreya, Malayziya, İndoneziya, Azərbaycan və digər dövlətlərin guşələri qurulub. Şagirdlər, onların ailə üzvləri və müəllimlər milli geyimlərdə qonaqlara ölkələrinin mədəni zənginliyini, adət-ənənələrini, milli mətbəxlərini təqdim ediblər.

Azərbaycanın Qahirədəki səfirliyinin dəstəyi ilə hazırlanmış guşədə qonaqlar məşhur təamlarımızdan dadına baxıb, Azərbaycan çayı ilə şirniyyatlara qonaq ediliblər. Təqdim olunan suvenirlər uşaqların böyük marağına səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031