azturkxeber.az
http://azturkxeber.az

“Kontrabas” festivaldan mükafatlarla qayıdıb

19-05-2025

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin “Kontrabas” monotamaşası ilə Qazaxıstanın Kostanay şəhərində keçirilən “MONOFEST” teatr festivalında iştirak edib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, “Kontrabas” tamaşası bədii konsepsiya və parlaq ifa harmoniyasına və tamaşaçı rəğbətinə görə mükafatlara layiq görülüb.

Qeyd edək ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti İrina Perlova, ifaçı Əməkdar artist Şövqi Hüseynovdur.

Uzun illərdir teatrın repertuarında olan və bir çox festivallarda uğurla nümayiş etdirilən səhnə işi ensiklopedik biliklərə malik qəhrəmanı, onun həyata baxışını ehtiva edir. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.

Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanımızın yeganə ünsiyyət vasitəsi isə kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı mesajı bundan ibarətdir ki, insan əvvəlcə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031