azturkxeber.az
http://azturkxeber.az

Meksikaya məxsus hərbi gəmi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb

18-05-2025

Meksikaya məxsus hərbi gəmi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təlim gəmisi tanışlıq gəzintisi zamanı Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb.

Hadisə yerli vaxtla saat 20:26 radələrində (Bakı vaxtilə 04:26) baş verib. Qəza nəticəsində 3-ü ağır olmaqla, 20 nəfərin yaralandığı bildirilir. Nyu-York Polis Departamentinin yaydığı məlumata görə, hazırda çoxlu sayda insana yardım göstərilir. Lakin, hadisənin səbəbləri və xəsarət alanlar barədə rəsmi məlumat verilməyib.

Gəminin göyərtəsində 200-dən çox sərnişin olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031