Cənub-Şərqi Asiya ölkələri Vyetnam və Tayland ikitərəfli münasibətlərini strateji tərəfdaşlığa yüksəltdiklərini açıqlayıblar. “VN Express”in məlumatına görə, Vyetnamın baş naziri Fam Minh Çin paytaxt Hanoyda səfərdə olan Taylandın baş naziri Paetongtarn Şinavatra ilə görüşüb.
Bildirilib ki, iki liderin iştirakı ilə keçirilən “4-cü Vyetnam-Tailand Nazirlər Kabinetinin birgə iclası”nda tərəflər mühüm strateji istiqamətlər barədə razılığa gəliblər.Chinh və Shinawatra birgə mətbuat konfransında Vyetnam və Taylandın rəsmi olaraq ikitərəfli münasibətlərini hərtərəfli strateji tərəfdaşlığa yüksəltdiklərini elan ediblər.
Mətbuat konfransında çıxış edən Chinh Taylandın 1955-1975-ci illərdə Vyetnam müharibəsindən sonra 1976-cı ildə birləşdikdən sonra ölkəsi ilə diplomatik əlaqələr quran ilk ölkələrdən biri olduğunu xatırladıb.
"Bu, həm simvolik dönüş nöqtəsini ifadə edən siyasi bəyanatdır, həm də əməkdaşlığın dərinliyində yeni sıçrayışı təsdiqləyən strateji öhdəlikdir", -deyə Chinh deyib.
Hanoy hökumətinin bəyanatına görə, yeni status siyasi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək və ikitərəfli ticarəti 2030-cu ilə qədər 25 milyard dollara çatdırmaq məqsədi daşıyır.
Görüşlə bağlı birgə bəyanata görə, iki ölkə enerji, rəqəmsal və yaşıl iqtisadiyyat və innovasiya sahələrində əlaqələrini genişləndirməyi hədəfləyir.