Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Olunması Agentliyi Rizedə regional daşqın və su basma təlimi təşkil edib.
Türkiyə Fəlakətlərə Müdaxilə Planı (TAMP) çərçivəsində təşkil edilən təlim mərkəzə bağlı Fırtına, İyidere və Taşlıdere çaylarında eyni vaxtda keçirilib.
Taşlıdere dərəsində aparılan təlimdə ssenariyə görə içərisində 1 nəfərin olduğu avtomobil yağışdan sonra sel suları tərəfindən dərəyə düşüb. Hadisə yerinə gələn qruplar başladıqları işlə avtomobildəki şəxsi xilas edib. Təlimdə AFAD, Sahil Mühafizəsi, JAK, AKUT, 112 Təcili Sağlamlıq və vətəndaş cəmiyyəti axtarış-xilasetmə qruplarından təxminən 500 nəfər iştirak edib.
Rizə valisi İhsan Səlim Baydaş açıqlamasında bildirib ki, Rizə Türkiyədə yağışlı mövsümlərdə ən çox yağış alan əyalətdir. Vali Baydaş yağış səbəbiylə daşqın, su basması və torpaq sürüşmələrinin baş verə biləcəyini ifadə edərək, "Bu baxımdan imkanlarımızın və çatışmazlıqlarımızın nə olduğunu görmək üçün bu təlimi etdik"-deyə bildirib.
Təlimi uğurla başa vurduqlarını dilə gətirən Baydaş deyib ki, sel və daşqınlara məruz qalan bir bölgədəyik və hər an buna hazır olmalıyıq. Məqsədimiz komandalarımızın hazırlığının nə qədər yaxşı olduğunu müəyyən etməkdir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Bu gün Fövqəladə Hallar Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər
Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib