1972-ci ildə kosmosa buraxılan sovet kosmik gəmisi “Kosmos 482” 53 ildən sonra Yerə nəzarətsiz şəkildə yenidən daxil olub. Kosmik gəmi Almaniya üzərindən keçərkən radar tərəfindən görüntülənib.
Veneraya göndərilmək üçün nəzərdə tutulan vasitə orbitdən çıxa bilməyincə Yer ətrafında dövrə vurmağa davam edib.
2025-ci il mayın 10-da səhər saatlarında kosmik gəminin atmosferə daxil olduğu və yerə dəydiyi dəqiq nöqtəni müəyyən etmək mümkün olmayıb. Avropa Kosmik Agentliyinin məlumatına görə, ən çox ehtimal olunan yer Hind okeanıdır.
Almaniyadakı Fraunhofer Radar İnstitutu mayın 8-də “Kosmos 482”-nin kosmosda orbitdə fırlanan görüntülərini çəkib.Elm adamları quruluşca çox möhkəm olan bu cür vasitələrin atmosferə daxil olduqdan sonra tamamilə yanmadan səthə çıxa bildiyini bildirirlər.
Mütəxəssislər vurğulayırlar ki, bu cür hadisələrin gələcəkdə daha az riskli olması üçün “Yox olmağa uyğun dizayn” (Design for Demise) prinsipi qəbul edilməlidir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
"Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
DOĞUM GÜNÜN MÜBARƏK, CƏNAB PREZİDENT!