azturkxeber.az
http://azturkxeber.az

Yeni Azərbaycan Partiyası və “EMEDIA GROUP” Nərimanov rayonunda Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş xüsusi tədbir keçirilib

15-05-2025

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının və “EMEDIA GROUP” Media təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş xüsusi tədbir – M.Aero H10 dronunun təqdimat mərasimi keçirilib.

Tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mətbuat nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Günay Ağamalı bu təşəbbüsü yüksək qiymətləndirərək bildirib ki, gənclərimizin hazırladığı bu texnoloji məhsul Azərbaycan mühəndisliyinin inkişafını, intellektual potensialımızın gücünü və gələcəyə olan inamımızı əyani şəkildə nümayiş etdirir.

Deputat qeyd edib ki, “M.Aero H10” kimi layihələr Ulu Öndər Heydər Əliyevin gənclərə bəslədiyi böyük ümidlərin gerçəkliyə çevrildiyini göstərir, eyni zamanda ölkəmizin innovativ və texnoloji tərəqqi yolunda inamla irəlilədiyinin bariz sübutudur.

Günay Ağamalı gənc mütəxəssisləri və layihə rəhbərlərini təbrik edərək vurğulayıb ki, belə təşəbbüslər dövlətin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsi olmaqla yanaşı, həm də gəncliyin öz potensialını səfərbər etməsinin nümunəsidir.

Təqdimat mərasimində səslənən fikirlər və nümayiş olunan texnoloji imkanlar Azərbaycanın müdafiə sənayesində və müasir texnologiyalar sahəsində dayanıqlı inkişaf strategiyasının möhkəm əsaslara söykəndiyini bir daha təsdiqlədi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031