azturkxeber.az
http://azturkxeber.az

Lənkəranda silsilə oğurluqlar edən şəxs saxlanılıb

15-05-2025

Lənkəran şəhəri ərazisində yerləşən 2 ev və 1 restorandan məişət avadanlıqları, eləcə də təmir-tikinti alətləri oğurlanıb. Hadisələr zamanı zərərçəkənlərə 3000 manatdan artıq maddi ziyan vurulub.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqları törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Mirhüseyn Hacızadə saxlanılıb. Ondan şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb. Bundan başqa M.Hacızadənin rayon sakini olan bir nəfərə məxsus "Vaz 2106" markalı avtomobili qaçırdığı da müəyyən edilib. Faktlarla bağlı cinayət işi başlanılıb, M.Hacızadə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031