azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın turizm imkanları Qazaxıstanda təbliğ edilib

15-05-2025

Mayın 15-də Azərbaycan Turizm Bürosu (ATB) Qazaxıstanın Atırau şəhərində Atırau–Bakı–Atırau birbaşa aviareyslərinin açılışına həsr edilən tədbirdə təqdimat keçirib.

Tədbir çərçivəsində ATB nümayəndəsi tərəfindən keçirilən təqdimatda son dövrlərdə Qazaxıstandan artan maraq nəzərə alınaraq sağlamlıq turizmi, aktiv səyahət, festivallar, konsertlər, eləcə də işgüzar tədbirlər (MICE) və qolf turizminin tanıtımına dair məlumat verilib. 2025-ci ilin ilk dörd ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayında 18% artım müşahidə olunduğu bildirilib.

Tədbirdə həmçinin “Air Astana” aviaşirkəti, Azərbaycanın "Azertour” turizm şirkəti və “TABIA Group”un nümayəndələri təqdimat keçiriblər

Qeyd edək ki, 31 may tarixindən etibarən başlayacaq yeni reys həftədə 3 dəfə olmaqla həyata keçiriləcək. Hazırda isə Astana, Almatı və Aktau şəhərlərindən Bakıya birbaşa uçuşlara mövcuddur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031