azturkxeber.az
http://azturkxeber.az

ADA Universiteti və “Bayraktar Texnoloji Azərbaycan” Memorandum imzalayıblar

15-05-2025

ADA Universiteti ilə “Bayraktar Texnoloji Azərbaycan” MMC arasında elm və təhsil sahələrində qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

Azturkxeber.az xəbər verir ki, mayın 15-i keçirilən imzalama mərasimində sənədi ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev və “Bayraktar Texnoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz imzalayıblar.

Sənədə əsasən tərəflər çoxşaxəli akademik fəaliyyətlər üzrə əməkdaşlıq edəcəklər. Hər iki qurum tədris prosesinin təkmilləşdirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi, ortaq kursların hazırlanması, tələbə və müəllimlər üçün təlimlərin icrası da daxil olmaqla qarşılıqlı maraqdan irəli gələn bir sıra istiqamətlər üzrə tərəfdaşlıq edəcəklər.

Həmçinin Memorandum çərçivəsində birgə tədqiqat layihələri irəli sürüləcək, konfrans və seminarlar təşkil ediləcək.

Razılaşmaya əsasən, ADA Universitetinin tələbələri üçün “Bayraktar Texnoloji Azərbaycan”da təcrübə və iş imkanları yaradılacaq.

Memorandumun qüvvədə olduğu üç il ərzində tərəflər birgə fəaliyyəti təşviq etmək məqsədilə mütəmadi olaraq əməkdaşlığın qiymətləndirilməsi və gələcək təşəbbüslərin müzakirəsi üçün görüşlər təşkil edəcəklər.

Xatırladaq ki, Memorandumun imzalanması ilə bağlı ilkin razılıq ötən ilin sonunda tərəflər arasında keçirilmiş tanışlıq görüşü zamanı əldə edilib. Həmin görüşdə əməkdaşlığın mümkün istiqamətləri, ortaq maraqlar və gələcək fəaliyyət planları geniş şəkildə nəzərdən keçirilib və bu danışıqlar nəticə etibarilə bu il rəsmi sənədin imzalanması ilə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031